AZ

"SOCAR Gas Albania" Korça şəhərinə sıxılmış təbii qazın vaxtından əvvəl tədarükü imkanını araşdırır (ÖZƏL)

Bakı. Trend:

"SOCAR Gas Albaniya" Korça şəhərinə sıxılmış təbii qazınvaxtından əvvəl tədarükü imkanını araşdırır.

Bu barədə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri MuradHeydərov Trend-ə verdiyi özəl müsahibədə danışıb.

SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan M. Heydərovxatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korçaşəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanınenergetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimaidinləmələrdə təqdim edib.

“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədiləFEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas AlbaniaKorça” şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmıştəbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçünbütün zəruri texniki və kommersiya araşdırmalarını aparır.Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağıplanlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (HostGovernment Agreement) layihəsi artıq hazırlanıb və onun həyatakeçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.

SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinəmümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq M. Heydərovdəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur,lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digərərazilərə çıxış imkanını istisna etmir.

Qeyd edək ki, Albaniyanın infrastruktur və energetika nazirininmüavini Erlind Sulo Cənub Qaz Dəhlizinin Məşvərət Şurasınazirlərinin Bakıda keçirilən iclasında etdiyi çıxıda deyib ki,Albaniya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə təbii qaztədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişlimövqedədir.

“Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrikenerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçininev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan vəsərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihəüzrə işləmək qərarına gəlmişik.

Birincisi, “Vlora” İstilik Elektrik Stansiyasının yenidəncanlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalınabirləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icraolunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olanKorça şəhərinin qazlaşdırılmasıdır”, - o bildirib.

Məqalədə:
Seçilən
85
az.trend.az

1Mənbələr