AZ

Son 7 ildə vergi daxilolmaları 2,2 dəfə artıb

Bakı. Trend:

Vergi daxilolmalarında 2025-ci il üzrə əldə olunan nəticə - 16,4milyard manat həcmində yığım son illərin ən yüksək göstəricisidir.2018-ci illə müqayisə etsək, vergi daxilolmaları 2,2 dəfə, ocümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda“Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və dataəsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, 2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı12,7%, cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarınınqeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illəmüqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb:

"2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorununözəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2faiz bəndi artaraq 9,9% təşkil edib.

2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə qeyri-neft-qazsektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəmimüqavilələrin sayında xüsusi çəkisi 38,5%-dən 54,4%-ə yüksəlib.Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb vədövlət sektorunun göstəricisini üstələməyə davam edir".

Seçilən
88
4
az.trend.az

10Mənbələr