AZ

ABŞ Senatı Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni rədd etdi

ABŞ Senatı prosedur səsvermə zamanı Amerikanın İrana qarşı hərbi əməliyyatına son qoymağı və ABŞ Silahlı Qüvvələrinin Konqresin razılığı olmadan istifadəsini qadağan etməyi nəzərdə tutan qətnamə layihəsini rədd edib. Oxuməni.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Səsvermənin nəticəsi 47 "lehinə", 53 "əleyhinə" olub, halbuki qətnamənin müzakirəyə çıxarılması üçün səs çoxluğu tələb olunurdu. Beləliklə, layihə kifayət qədər səs toplaya bilməyib.

Senator Con Fetterman demokratlar arasında əleyhinə səs verən yeganə şəxs olub. Eyni zamanda, Rend Pol respublikaçılar arasında qətnaməni dəstəkləyən yeganə şəxs olub.

Sənəd layihəsində İrana qarşı hərbi əməliyyatların dayandırılması müddəası yer alırdı.

Demokratlar vurğulayırlar ki, ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Konqresə verir, halbuki Tramp və onun yüksək rütbəli rəsmiləri İrandakı hərəkətləri artıq müharibə kimi müəyyən ediblər.

Cümə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası oxşar qətnaməyə baxmalıdır.

1973-cü il Hərbi Səlahiyyətlər Qətnaməsinə əsasən, ABŞ prezidenti 48 saat ərzində Konqresə məlumat vermək şərti ilə silahlı qüvvələri münaqişəyə cəlb edə bilər. O, həmçinin Konqres "müharibə elanı" və ya hərbi gücdən istifadə üçün xüsusi icazəni təsdiq etməsə, onları geri çəkməyə başlamaq üçün 60 gün vaxta malikdir.

Almaz Həsənli

Seçilən
20
oxumeni.az

1Mənbələr