AZ

İran ABŞ-nin gəmisini niyə vurmadı? - SƏBƏB

Davam edən İran ABŞ və İsrail mühasribəsi fonunda bir açıqlama diqqət çəkib.

Milli.Az xəbər verir ki, türkiyəli şərhçi-jurnalist Erem Şentürk İranın ABŞ-nin təyyyarə gəmisini vura bilməmə səbəbindən danışıb:

"İsrailin ən çox istədiyi şey İranın həmin gəmini vurmasıdır. Hətta belə bir ehtimal da irəli sürülür ki, İsrail bunu özü də edə bilər - necə ki vaxtilə "Aramco"ya hücum olmuşdu. İddialara görə, İsrailin məqsədi ABŞ üçün yeni bir "11 sentyabr" ssenarisi yaratmaqdır.

Əgər İran həmin gəmini batırsa, bu, bütün bölgə üçün ciddi nəticələrə səbəb ola bilər. Belə bir hadisə böyük müharibənin başlamasına gətirib çıxara bilər. Bu halda Donald Trampın hakimiyyəti möhkəmlənə və siyasi mövqeyi güclənə bilər.

Lakin İranın da belə bir ssenarini istəmədiyi bildirilir. Çünki gəminin batması regionda vəziyyəti daha da gərginləşdirə və genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Digər tərəfdən, gəmi yalnız zədələnsə və ya hədəfə alınsa, bu vəziyyət Trampın siyasi mövqeyinə mənfi təsir göstərə bilər".

Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr