AZ

"Milan" Rafael Leaonun müqavilə müddətinin uzadılmasında ciddi problemlə üzləşib

İtaliyanın "Milan" klubu futbolçusu Rafael Leaonun müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlarda ciddi problemlə üzləşib.

"Far.Az" "Get Football News Italy" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı vingerin nümayəndələri sözləşmədən 175 milyon avroluq alış bəndini çıxarmaqda israrlıdırlar.

Bu bəndin olmaması oyunçuya gələcəkdə potensial transfer halında daha çox təsir imkanı verəcək və klubun danışıqlardakı mövqeyini əhəmiyyətli dərəcədə azaldacaq.

Hazırda yeni sözləşmə ilə bağlı tərəflər arasında danışıqlar davam edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Seçilən
14
1
far.az

2Mənbələr