AZ

Yüksək Liqa: Bu gün 3 oyun keçiriləcək

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində növbəti qarşılaşmalar baş tutacaq.

Günə qadın voleybolçuların dueli ilə başlayacaq. Əvvəlcə "Gəncə" UNEC-i qəbul edəcək. Gəncə İdman Sarayında keçiriləcək görüş saat 14:00-da start götürəcək.

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq növbəti oyunda isə "Gənclər" və "Milli Aviasiya Akademiyası" münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Kişi voleybolçuların mübarizəsinə gəlincə, bu gün bir oyun baş tutacaq. Saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.

XVI tura martın 6-da yekun vurulacaq.

Seçilən
1
5
fanat.az

7Mənbələr