AZ

Fransalı müdafiəçi ilə maraqlanır - 20 milyon avro qiyməti var

“Udineze”nin müdafiəçisi Omar Sole karyerasını İtaliyanın daha nüfuzlu klubunda davam etdirə bilər.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, “İnter” 26 yaşlı futbolçu ilə maraqlanır.

Fransalı futbolçu Milan təmsilçisində niderlandlı müdafiəçi Stefan de Vreyi əvəz edə bilər.

“Transfermarkt” Soleni 20 milyon avroya qiymətləndirir. Onun “Udineze” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Sole cari A Seriyası mövsümündə 26 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
15
sportinfo.az

1Mənbələr