AZ

“5 faiz keşbek” vədi necə dəyişdi?– AccessBank vədinə xilaf çıxdı

Bankların təqdim etdiyi keşbek kampaniyaları müştəriləri cəlb etmək üçün ən çox istifadə olunan vasitələrdən biridir. Lakin bəzi hallarda kampaniyanın ilkin şərtlərinin sonradan dəyişdirilməsi müştərilər arasında narazılıq yarada bilir. Məsələn, AccessBank tərəfindən təqdim olunan debet kartı üzrə keşbek kampaniyası ilə bağlı da bu cür iddialar səsləndirilir.

İddialara görə, bank ilkin mərhələdə debet kartları üzrə 5 faiz keşbek təqdim edib və bunun limitsiz olduğu bildirilib. Bu təklifdən sonra bir çox istifadəçi həmin kartı əldə etməyə başlayıb. Lakin bir müddət sonra keşbek üzrə maksimum məbləğə məhdudiyyət tətbiq olunaraq limit 100 manat müəyyənləşdirilib.

Bundan sonra isə sistemin daha da dəyişdirildiyi və keşbeklərin kateqoriyalar üzrə bölündüyü bildirilir. İstifadəçilərin sözlərinə görə, bəzi kateqoriyalar üzrə maksimum keşbek məbləği 20 manatla məhdudlaşdırılıb. Bundan əlavə, bəzi hallarda əmanət hesabından kart hesabına vəsait köçürülməsi zamanı komissiya tutulduğu da qeyd olunur.

Məsələ ilə bağlı bankın rəsmi mövqeyi açıqlanmayıb. Lakin mütəxəssislər bildirirlər ki, bank kampaniyaları ilə bağlı şərtlər əvvəlcədən açıq və aydın şəkildə göstərilməli, sonradan edilən dəyişikliklər isə müştərilərə şəffaf şəkildə izah olunmalıdır.

Azərbaycan qanunvericiliyinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçıya təqdim edilən xidmət və kampaniyalar barədə məlumatlar düzgün və aydın olmalıdır. Eyni zamanda “Reklam haqqında” Qanunun tələblərinə görə, reklam istehlakçıları çaşdırmamalı və təqdim olunan xidmətin şərtləri barədə yanlış təsəvvür yaratmamalıdır.

Mütəxəssislər qeyd edir ki, əgər müştərilər təqdim olunan kampaniyanın şərtlərinin onları çaşdırdığını və ya dəyişikliklərin aydın izah edilmədiyini hesab edirlərsə, bu halda müvafiq qurumlara müraciət etmək hüququna malikdirlər.

AzPost.az

Seçilən
2
1
azpost.info

2Mənbələr