AZ

Qiyamət gününə sayılı zaman qalıb - Dini kitablarda yazılanlar....

Planetimizdə siyasi-iqtisadi proseslər, münaqişələr və müharibələr səngimək bilmir. Hər gün dünyanın qaynar nöqtələrində baş verən hadisələr qiyamət gününün yaxınlaşması ilə bağlı şayiələri gücləndirir. 

Dünyanın sonu ilə bağlı möhvumatlar ABŞ, İsrail və İran arasında alovlanan münaqişə ilə əlaqələndirilib.

"Unikal" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bəzi şərhçilər İrana endirilən zərbələri Müqəddəs Kitabdan sitatlar gətirərək, əsaslandırıblar. 

Onların fikrincə, kəhanətlər gələcəkdə dünyanı daha da dərinləşəcək münaqişələrin gözlədiyini xəbər verir.

Xüsusilə Matta İncilinin 24:6–7-ci ayələrinə istinad edilir. Həmin hissədə insanlara “müharibələr və müharibə xəbərləri” eşidəndə qorxmamaq tövsiyə olunur:

"Bu, bütün xalqlarla baş verəcək və xalqın içindən pislik edənləri məhv etmək üçündür. Bu baş verəndə bilin ki, xilasınız yaxındır". 

Şərhçilərin münaqişə ilə əlaqələndirdiyi ikinci hissə isə Ezekiel peyğəmbərin ( Tövratın “Yehezekel kitabı”nda adı keçən peyğəmbərlərdən biridir - red.)  38:5 ayəsidir. Burada “Persiya” adı çəkilir ki, bu da müasir İran kimi şərh olunur. Mətnə görə, həmin ölkə “son günlərdə” İsrailə qarşı çıxacaq bir koalisiyaya qoşulacaq.

Daha əvvəl "Living Waters" adlı dini podkast da bibliya dövrlərinə istinad edərək ötən ilin iyun ayında iki peyğəmbərliyin gerçəkləşdiyini bildirmişdi. Onların fikrincə, müasir hadisələrə həvari Pavelin Birinci Saloniklilərə məktubunun 5:3 ayəsində işarə edilir. Həmin ayədə deyilir: “İnsanlar "sülh və təhlükəsizlik" deyərkən qəfil məhv gələcək”.

İkinci sitat isə Yeşaya peyğəmbərin kitabından gətirilir və Suriya ilə əlaqələndirilir:

“Dəməşq şəhər olmaqdan çıxacaq və xarabalığa çevriləcək”.

Ümumilikdə isə regionda müharibənin Qiyamət günü və ya Rəbbin günü ilə nəticələnə biləcəyi iddia olunur.

Peyğəmbərlik tərəfdarları qeyd edirlər ki, 2025-ci ildə və 28 fevral 2026-cı ildə İrana hücumdan əvvəl ABŞ prezidenti dəfələrlə “sülh” ifadəsini işlədib, müttəfiqlər isə qərarın “təhlükəsizlik” naminə verildiyini bildiriblər.

Digər tərəfdən, bəzi dini şərhçilər XII əsr irland arxiyepiskopu Malaxiyanın peyğəmbərliyini də xatırladırlar. Onun iddiasına görə, peyğəmbərlikdən sonra 112 papa dəyişəcək və daha sonra Qiyamət günü baş verəcək.

Məlumata görə, 112-ci papa ötən il vəfat edən Pope Francis olub. Hazırda Roma Katolik Kilsəsinin taxtında Pope Leo XIV əyləşir.

Gülayə Mecid 

Seçilən
111
unikal.az

1Mənbələr