AZ

Universitet və kolleclərə qəbul imtahanı üçün qeydiyyatdaSon gün

Ali təhsil müəssisələrinə (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2026-cı il fevralın 18-də başlanan ərizə qəbulu bu gün bitir.

Xezerxeber.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilər.

Hazırda universitet və kolleclərə qəbul üzrə ümumilikdə 129186 nəfər qeydiyyatdan keçib.

Bunlardan 125 775 nəfər ali məktəblər, 116 685 nəfər isə kolleclər üzrə qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, 2025-ci il buraxılış və ya test imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulanların sayı 2734 nəfər, 2025-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 1138 nəfərdir.

Qeyd edək ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Seçilən
14
10
xezerxeber.az

10Mənbələr