AZ

Tankerdə PARTLAYIŞ: Neft sızması baş verdi

Küveyt sahillərində tankerdə baş verən partlayış neft sızmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) idarəetməsində olan neft tankerlərindən birinin kapitanına istinadən məlumat yayılıb.

“Tankerin kapitanı güclü partlayış səsi eşidib. Partlayışdan sonra o, başqa bir kiçik gəminin ərazidən uzaqlaşdığını görüb.

Zədələnmiş tanker lövbər salıb. Gəminin zədələnməsi nəticəsində neft sızması baş verib və borta çoxlu miqdarda su dolub.

Tankerdə yanğın və ya heyət üzvlərinin xəsarət alması barədə məlumat yoxdur”, – deyə UKMTO-dan bildirilib./Oxu.Az/

Seçilən
61
nocomment.az

1Mənbələr