AZ

Dadaşov dubl edib qələbə qazandırdı

style='margin-bottom:10px;'>

Almaniyada Şimal-Şərq Regional Liqasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su evdə "Proyssen"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

34 yaşlı Dadaşov bu oyunda dubl edərək komandasına qələbə qazandırıb. O, 58 cə 80-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. O, bu mövsüm çempionatda 14 oyuna 4 qol vurub. 

14 xala malik "Dinamo" hazırda turnir cədvəlində 20-ci yeri tutur. 

Qeyd edək ki, Rüfət Dadaşov millimizin heyətində 2013-2019-cu illərdə 24 oyun keçirib, 5 qol vurub.

Seçilən
110
2
teleqraf.com

3Mənbələr