Bakı, 5 mart, AZƏRTAC
Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Biz Qarabağa gedirik – öz elimizə, obamıza, ata-baba yurdumuza qayıdırıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Lətafət Süleymanova deyib.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan şəraitdən məmnunluğunu ifadə edən Ağdam sakini öz istəyini də dilə gətirib, orada işləmək, qurub-yaratmaq arzusunda olduğunu bildirib. Qeyd edib ki, Ağdamda tikilən evlərin şəraiti ilə tanışdır və bu onda xoş təəssürat yaradıb.