AZ

Türkiyə bu hadisə ilə silkələnir: Əvvəl ana, sonra uşaq... VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyənin İstanbul şəhərində Zeytinburnu adlanan ərazidə cansız bədəni tapılan ana və qızı ilə bağlı ortaya çıxan detallar bütün ölkədə rezoans doğurub. 

Globalinfo.az xəbər verir ki, ananın iki il öncədən həyat yoldaşı, Qurana Xidmət Vəqfinin rəhbəri Ayhan Şengülerden məhkəməyə şikayət ünvanladığı bildirilir.

Belə ki, ana Fatma Nur Çelik özünün Ayhan Şengüler tərəfindən illər öncə vəqfdə təcavüzə məruz qaldığını və ailəsinin məcburiyyəti ilə onunla evləndirildiyini bildirib. Qadın evlilik müddətində həyat yoldaşının şiddət və istismarına məruz qaldığını söyləyib. Həmçinin A.Şengülerin qızı Hifa İkra Şegülere qarşı da eyni hərəkətləri etdiyini idda edib. Fatmanur Çelik həyat yoldaşının qızını 3 yaşından 8 yaşına kimi cinsi istismar etdiyini öyrəndiyini və bundan sonra polisə, məhkəməyə şikayət ünvanladığını söyləyib. Ana qızının tibbi müayinələrdən keçdiyi və başına gələnləri təsdiqləyən sənədlər olmasına, həmçinin övladının da şikayət əsasında ifadə verməyinə baxmayaraq məhkəmənin uzadıldığını deyib.

F.Çelikin vəkili onun son iki ildə məhkəmədə mübarizə aparıdğını, hətta aclıq aksiyası keçirdiyini söyləyib. Sosial şəbəkələrdə Fatmanur Çelikin ötən ay məhkəmənin 5 maya ertələnməsinə etiraz etdiyi görüntülər yayılıb. Çelik görüntülərdə deyir:

“Günahkar niyə hələ də azadlıqdadır? Biz öldürüldükdən sonra ədalətin yerini tapmasını istəmirəm. Məni intihara sürükləyirlər. Başıma bir şey gələrsə, intihardır deməyin. Mayın 5-nə qədər həyatda qala biləcəyimizi düşünmürəm. Özüm üçün heç bir şey istəmirəm, övladım üçün mübarizə aparıram. Amma intihar etməyimi istəyirlər”.

Ana və qızının cənazə mərasimində Fatmanurun ailəsi ilə dəstəkçiləri arasında gərginlik yaşanıb. Qadının vəkili və digər dəstək olan qadınlar tabutları kişilərin daşımasına icazə verməyib və özləri daşıyıblar.

Hadisə ilə bağlı araşdırma davam edir.

Görüntüləri təqdim edirik:

https://cdn.globalinfo.az/2026/03/tF0VYS_rrF1AUmKs.mp4

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
globalinfo.az

1Mənbələr