AZ

Qəbələdə qadın liderliyi, təhsil və karyera inkişafı, sahibkarlıq imkanlarından danışılıb

Qəbələ, 5 mart, AZƏRTAC

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qəbələdə #LevelUP Forumu keçirilib. Forumun “Glow & Grow” panelinə maraq böyük olub və dinləmələrdə iştirakçılar fəallıq göstəriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və Qəbələ rayon MKS-nin 2 saylı kitabxana filialının tərəfdaşlığı ilə reallaşıb.

Panel zamanı qadın liderliyi, təhsil və karyera inkişafı, sahibkarlıq imkanları və peşəkar yüksəliş mövzularında dəyərli fikir mübadiləsi aparılıb. Spikerlər öz uğur hekayələrini bölüşərək gənc xanımlara motivasiya və praktiki tövsiyələr veriblər.

Forum gənc xanımlar üçün ilhamverici, maarifləndirici və şəbəkələşmə baxımından faydalı platforma olub.

Müxbir- Rasim İslamoğlu

Seçilən
40
1
azertag.az

2Mənbələr