İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlara qarşı çıxan və öz hərbi bazalarının istifadə olunmasına icazə verməyən İspaniyaya təşəkkür edib.
Pezeşkian sosial media hesabında paylaşdığı açıqlamada İspaniya hökumətinin mövqeyini yüksək qiymətləndirərək bildirib ki, bu mövqe Qərb dünyasında hələ də etik dəyərlərin və vicdanlı mövqenin mövcud olduğunu göstərir:
“İspaniya hökumətinin məsuliyyətli mövqeyi göstərir ki, Qərb dünyasında hələ də həssas vicdanlar və etik dəyərlər mövcuddur. Bu mövqeyə görə İspaniya rəsmilərinə təşəkkür edirəm”.
Tramp İspaniyanı tənqid etdi
ABŞ prezidenti Donald Trump isə İspaniyanın qərarını kəskin tənqid edib. O, 3 mart tarixində Almaniya kansleri Friedrich Merz ilə Oval Ofisdə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İspaniya ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarında öz ərazisində yerləşən bazalardan istifadə etməsinə icazə verməyib.
Söhbət Endülüs bölgəsində yerləşən Moron de la Frontera və Rota hərbi bazalarından gedir. Tramp İspaniyanı “pis müttəfiq” adlandıraraq Vaşinqtonun bu qərara cavab verəcəyini söyləyib.
ABŞ prezidenti bildirib ki, maliyyə naziri Skott Bessentə İspaniya ilə bütün ticarət əlaqələrinin dayandırılması ilə bağlı göstəriş verdiyini deyib.
Sançes: “Milyonların taleyi ilə rus ruleti oynaya bilməzsiniz”