AZ

Küveytdə tankerdə baş verən partlayışdan sonra neft sızması başlayıb

Küveyt sahillərində tankerdə baş verən partlayışdan sonra neft sızması başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən idarə olunan Fars körfəzindəki neft tankerlərindən birinin komandirinə istinadən məlumat yayıb.

O, partlayışdan sonra ərazini tərk edən başqa bir kiçik gəminin yaxınlıqda olduğunu dəqiqləşdirib.

Agentlik neft tankerinin Küveytin Mübarək Əl-Kəbir limanından 30 dəniz mili (55 km) cənub-şərqdə lövbər saldığını bildirib.

UKMTO partlayışdan sonra tankerdən neft sızmağa başlayıb, gəmi isə su ilə dolub. Bütün heyət üzvləri təhlükəsiz yerə təxliyə edilib.

Seçilən
53
far.az

1Mənbələr