Bakı. Trend:
Cənub-Şərqi Avropa və Balkan ölkələri Azərbaycan Dövlət NeftŞirkətinin (SOCAR) strateji inkişafının əsas istiqamətlərindən birikimi qalmaqdadır.
Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri MuradHeydərov Trend-əverdiyi özəl müsahibədə bildirib.
“2025-ci ildə biz qaz təchizatı və transsərhəd nəqli sahəsində,eləcə də qazpaylayıcı şəbəkə layihələrinin inkişafı, xam nefttədarükü və neft məhsullarının daxili bazarında mövcudluğungenişləndirilməsi, bərpa olunan enerji və qaz əsaslı elektrikenerjisi istehsalı istiqamətlərində işləri davam etdirdik”, – deyəo qeyd edib.
Konkret layihələrdən danışan Murad Heydərov bildirib ki,tərəfdaş “Asarel Group” ilə birgə SOCAR Bolqarıstanın Panaqyurişteşəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkinmühəndis layihələndirmə və layihə sənədlərinin hazırlanması (FrontEnd Engineering Design – FEED) işlərini yerinə yetirib vətamamlayıb.
“Əldə olunan nəticələr əlavə təhlil və qiymətləndirmə tələbedir. 2026-cı ildə birgə səylərimiz məhz buna yönələcək”, – deyə oəlavə edib.
Bundan başqa, M. Heydərov vurğulayıb ki, 2025-ci ildə“Bulgargaz” şəbəkəsinə qoşulmayan regionlara sıxılmış təbii qazın(CNG) tədarükünü nəzərdə tutan hibrid qazlaşdırma layihəsiçərçivəsində uğur əldə olunub.
“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənayevə 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumiqaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyəo bildirib.
SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyətiilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilottədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləriqiymətləndirir:
“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağınmürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənməistiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklərgörürük”, – deyə o bildirib.
Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “AzerbaijanGas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumiqaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da2024-cü ilin göstəricisinə yaxındır:
“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakıtələbatdan və regional qaz portfelimizdən asılıdır”.
SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan M. Heydərovxatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korçaşəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanınenergetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimaidinləmələrdə təqdim edib.
“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədiləFEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas AlbaniaKorça” şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmıştəbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçünbütün zəruri texniki və kommersiya araşdırmalarını aparır.Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağıplanlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (HostGovernment Agreement) layihəsi artıq hazırlanıb və onun həyatakeçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.
SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinəmümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq M. Heydərovdəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur,lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digərərazilərə çıxış imkanını istisna etmir.