Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 5 mart, AZƏRTAC
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun diqqət çəkən qarşılaşmalarından birində “Nyukasl Yunayted” doğma meydanda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.
Digər matçda “Arsenal” səfərdə “Brayton”u minimal hesabla üstələyib. “Mançester Siti” ilə “Nottingem Forest” arasında keçirilən görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Çelsi” səfərdə “Aston Villa” üzərində 4:1 hesablı inamlı qələbə qazanıb. Turun başqa bir matçında “Fulhem” öz meydanında “Vest Hem”ə 0:1 hesabı ilə məğlub olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.