AZ

Müctəba Xəmneyi Britaniyada impotensiyadan müalicə olunub -WikiLeaks sənədləri yenidən gündəmdə

ABŞ kəşfiyyatının məlumatına görə, İranın yeni ali lideri hesab olunan şəxs impotensiya (cinsi zəiflik) səbəbindən Böyük Britaniyada yerləşən özəl xəstəxanalarda müalicə alıb.

Bu barədə AzNews.az Britaniyanın "The Mirror" qəzetinin internet saytına istinadən xəbər verir.

56 yaşlı Müctəba Xəmneyi İranın Ekspertlər Məclisi tərəfindən atasının- Tehranda şənbə günü İsrail zərbəsi nəticəsində öldürüldüyü bildirilən Ayətullah Əli Xəmneyinin varisi olaraq seçildiyi iddia olunur.

2008-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Londondakı ABŞ səfirliyinə göndərilmiş və sonradan WikiLeaks tərəfindən açıqlanmış məxfi arayışda bildirilir ki, Müctəba Xəmneyi uşaq sahibi ola bilmədiyi üçün i həyat yoldaşının ciddi təzyiqi ilə üzləşib.

Seçilən
25
aznews.az

1Mənbələr