AZ

Məşhur aktrisanın sevimli futbolçusu kimdir? - VİDEO+FOTOLAR

Hollivud ulduzu Sidney Suini ötən həftə Portuqaliya çempionatında keçirilən "Sportinq" - "Eştoril" matçını izləyib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra o, meydana çıxaraq maskotla top oynayıb və futbol bacarıqlarını nümayiş etdirib.

Amerikalı aktrisa jurnalistlərlə də söhbət edib və sevimli futbolçusunun adını açıqlayıb.

“Kriştiano Ronaldo mənim sevimli futbolçumdur. Mən rəqabəti sevən insanam. Əgər futbolçu olsaydım, o, mənim üçün ilham mənbəyi olardı”, – deyə Suini "The Sun" nəşrinə bildirib.

Seçilən
34
sportinfo.az

1Mənbələr