Misli Premyer Liqasının 22-ci turunda azarkeş rekordu qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, cari mövsüm ilk dəfə bir oyunda 10 min tamaşaçı həddini keçmək mümkün olub.
Bu, çempionluğa iddia edən “Qarabağ”la “Sabah”ın duelinə təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya 10 min 361 nəfər toplaşıb.
Buna qədər mövsümün rekordu yenə “Qarabağ”ın matçında qeydə alınmışdı.
Ağdam təmsilçisinin 12-ci turda “Sumqayıt”la səfər görüşünü 9100 azarkeş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tribunalarından izləyib.
Mövsümün ən çox tamaşaçı toplayan üçüncü qarşılaşması isə 10-cu turun “Turan Tovuz” – “Şamaxı” oyunu olub – 5800.
22-ci turun 6 görüşünü tribunalardan ümumilikdə 12 min 271 nəfər izləyib. Bu isə mövsümün ən yaxşı üçüncü göstəricisidir.
Birinci turdakı 14 min 626 azarkeş həddi hələlik əlçatmazdır. İkinci pillədə 16 min 277 nəfərlik statistika ilə 12-ci tur qərarlaşır.