AZ

Onkoloq xəbərdarlıq etdi: Şəkər 13 xərçəng növünün riskini artırır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Şəkər xərçəng xəstəliyinin ən azı 13 növünün yaranma riskini artırır.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov "YouTube" kanalında danışıb.

Həkim şirniyyat sevərlərə xəbərdarlıq edib. O izah edib ki, rasionda şəkərin çox olması orqanizmdə xroniki iltihaba səbəb olur. Bunun nəticəsində xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaranır.

"Onlar böyümək və yayılmaq üçün iltihab siqnallarından istifadə edirlər", - deyə onkoloq bildirib.

Bundan əlavə, İvaşkov şəkəri piylənmə epidemiyasının əsas səbəbi adlandırıb. Bu xəstəlik nəticəsində ən azı 13 xərçəng növünün yaranma riski artır.

"ABŞ-də bütün onkoloji diaqnozların 40 faizi artıq çəki ilə bağlıdır. Bu, nəhəng rəqəmdir", - deyə Vladimir İvaşkov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
oxu.az

1Mənbələr