Azərbaycan 1-ci liqasında mübarizə aparan “Şəfa”nın prezidenti Sərdar Salmanzadə vəzifəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klub S.Salmanzadə ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, “Şəfa” hazırda 36 xalla 1-ci liqanın lideridir.