AZ

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

"Azercell Telekom" MMC istifadəçilərin mobil internetə artan tələbatının qarşılanması məqsədilə  06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid "SuperSən", "Sadə", "GəncOL" və "İstəSən" tarif paketlərində dəyişikliklər həyata keçirəcək. Yeniliklər çərçivəsində qeyd edilən tariflərin internet həcmi artırılaraq aşağıdakı şərtlər tətbiq ediləcək:

1. Bir sıra "SuperSən" tarif paketləri üzrə internet həcmi 1 GB artırılacaq. "SuperSən 1GB", "SuperSən 3GB",  "SuperSən 6GB", "SuperSən 10GB" tarif paketləri müvafiq olaraq "SuperSən 2GB", "SuperSən 4GB", "SuperSən 7GB", "SuperSən 11GB" tarif paketləri ilə əvəz ediləcək. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN və 22 AZN təyin olunacaq.  

2. Digər "SuperSən" tarif paketləri üzrə internet həcmi 2 GB artırılacaq. "SuperSən 20GB", "SuperSən 30GB" tarif paketləri "SuperSən 22GB", "SuperSən 32GB" tarif paketləri ilə əvəz olunacaq. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 32 AZN və 42 AZN təyin olunacaq. 

3. "Sadə 6" tarif paketi üzrə internet həcmi 1 GB artırılacaq. "Sadə 6" paketi "Sadə 8" paketi ilə əvəz ediləcək.  Tarif paketinin qiyməti 8 AZN təşkil edəcək. 

4. Bütün "GəncOL" tarif paketləri üzrə danışıq dəqiqələri artırılacaq və "WhatsApp" tətbiqində (bütün funksiyalarından, yəni səsli və videozənglər, media paylaşımı və s.) istifadə üçün əlavə olaraq 500 MB internet həcmi təqdim ediləcək. "Həftəlik GəncOL" tarif paketində mövcud dəqiqə sayı 100 dəqiqə artırılaraq qiyməti 3,90 AZN təyin olunacaq. "GəncOL 6" və "GəncOL 9" tarif paketlərində isə mövcud dəqiqə sayı 200 dəqiqə artırılaraq qiymətləri müvafiq olaraq 8 AZN və 11 AZN təyin olunacaq.  Qeyd edək ki,  bütün "GəncOL" tarif paketləri çərçivəsində "WhatsApp" və digər mesaj mübadilə sistemlərində mətn yazışmaları üçün cari imkanlar əvvəlki şərtlər ilə saxlanılacaq. 

5. "İstəSən" tarif paketi üzrə başlanğıc internet həcmi 4 GB-dək artırılacaq. Tarif paketinin qiyməti 9 AZN təşkil edəcək. Yenilənmiş tarif paketi çərçivəsində yeni şərtlər tətbiq ediləcək, ətraflı məlumatla Azercell-in rəsmi veb-saytında tanış olmaq mümkündür. Eyni zamanda "İstəSən" tarif paketinə yeni qoşulmalar dayandırılacaq. Bu tarif paketindən istifadə edən abunəçilər, cari abunəliyi ləğv etmədikləri halda, paketin növbəti yenilənmə tarixindən etibarən yeni şərtlərlə istifadəni davam edə biləcəklər.

Müvafiq tariflərin optimallaşdırılması məqsədi ilə həyata keçirilən bu yeniliklər, "Azercell Telekom" MMC-nin abunəçilərinə mobil internetə olan tələbatın artdığı mühitdə rabitə və internet resurslarından daha səmərəli istifadə etmək imkanı yaradır. Eyni zamanda abunəçilər müvafiq tarif paketləri üzrə digər mövcud üstünlüklərdən əvvəlki şərtlərlə yararlanmağa davam edə biləcəklər. 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən digər xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr