“Atletiko”nun yarımmüdafiəçisi Koke “Barselona”nın futbolçusu Pedri haqqında yüksək fikirlər səsləndirib.
Madrid təmsilçisi İspaniya kubokunun yarımfinalında kataloniyalılara 0:3 hesabı ilə uduzsa da, ilk oyundakı 4:0 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Pedrinin maşın olduğunu bildirib:
“Kamp Nou”da oynamaq asan deyil. Buradakı atmosfer böyük rol oynayır. İlk hissədə oyunu “öldürə” bildik. Bu məğlubiyyət mənə ən böyük sevinci gətirdi.
“Barselona” əla komandadır. Gənc futbolçular meydanda sanki uçurlar. Pedri dünyanın ən yaxşısı deyilsə belə, mütləq ən yaxşılarından biridir. Pedri maşındır.
Onun ispan olması bizim üçün böyük şansdır. O, İspaniya futbolunun bu günü və gələcəyidir.
Həm “Barselona”ya, həm də milliyə çox sevinc yaşadacaq. Üstəlik, o, sadəcə möhtəşəm futbolçu deyil, həm də əla insandır”.