525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyada 60 yaşlı anasını 6-cı mərtəbədən ataraq öldürən 39 yaşlı kişi çərşənbə axşamı Başqırdıstanda məhkəmə qarşısına çıxarılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrında Sterlitamak şəhərində baş verib.
Faciə ailə münaqişəsi zəminində yaşanıb. Belə ki, həyat yoldaşından boşanan kişi anasından övladlarını himayəyə götürməyi tələb edib. İmtina cavabı alan ailə başçısı anasını mənzilin eyvanından atıb.
Ağır xəsarətlər alan qadın hadisə yerində keçinib. Cinayətkar isə həbs olunub. Onun bu əməli törətdiyi zaman içkili olduğu bildirilir.
Qeyd edək ki, 3 ay davam edən istintaq martın əvvəli başa çatıb və iş məhkəməyə göndərilib.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.