AZ

Zelenski: Ukrayna Yaxın Şərq ölkələrinə İranın dron hücumlarından müdafiə olunmağa kömək edəcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kiyev, 5 mart, AZƏRTAC

Ukrayna Yaxın Şərq ölkələrinə İranın pilotsuz təyyarələrinin hücumlarından müdafiə olunmağa kömək edəcək. Lakin bu, Ukrayna ordusunun müdafiə qabiliyyətinə təsir etməməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da məlumat verib.

Dövlət başçısı bildirib ki, o, Yaxın Şərq və Fars körfəzi bölgəsindəki vəziyyətlə bağlı görüş keçirib. İştirakçılar Ukrayna və onun tərəfdaşlarının üzləşdiyi çətinlikləri, eləcə də həyatların qorunmasına kömək etmək imkanlarını müzakirə ediblər.

Zelenski xatırladıb ki, o, artıq BƏƏ, Qətər, İordaniya və Bəhreyn liderləri ilə danışıb. Prezident, həmçinin Küveyt və digər regional dövlətlərin liderləri ilə də danışacaq. Bütün bu ölkələr ortaq bir çətinliyə malikdir.

Prezidentin sözlərinə görə, o, xarici işlər naziri Andrey Sibiha, kəşfiyyat orqanları, müdafiə naziri Mixail Fedorov, hərbi komandanlıq və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla birlikdə müvafiq ölkələr üçün dəstək variantları hazırlamağı və Ukraynanın Rusiyadan müdafiə qabiliyyətinə təsir göstərməyəcək şəkildə yardım göstərməyi tapşırıb.

"Ordumuzun lazımi imkanları var. Ukraynalı mütəxəssislər yerində işləyəcək və komandalar artıq bu barədə danışıqlar aparırlar. Biz insanların həyatını qorumağa, mülki şəxsləri qorumağa və vəziyyəti sabitləşdirmək və xüsusilə də bölgədə təhlükəsiz naviqasiyanı bərpa etmək üçün həqiqi səyləri dəstəkləməyə hazırıq", - deyə Prezident vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
azertag.az

3Mənbələr