AZ

Orta Dəhlizin əhəmiyyətini görməmək... Boçorişvili

ain.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna ətrafında baş verən hadisələrin fonunda mühüm əhəmiyyət qazanan Orta Dəhlizin artan rolunu Yaxın Şərqdə davam edən proseslər kontekstində görməzdən gəlmək ağlasığmazdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə hətta təchizat zəncirləri belə dəyişir:

“Geosiyasi vəziyyət transformasiya olunur. Orta Dəhlizin Ukrayna ətrafındakı proseslərdən sonra və ya Yaxın Şərqdə baş verən hadisələr fonunda artan əhəmiyyətini görməməzlikdən gəlmək mümkün deyil”.

Nazir əlavə edib ki, Ermənistan ilə Azərbaycan arasında onilliklər boyu davam edən münaqişənin başa çatması istiqamətində gedən proses və tərəflərin regional layihələr çərçivəsində əməkdaşlıq imkanlarını araşdırması region üçün yeni reallıq yaradır:

“Bu, həm region üçün yeni imkanlar deməkdir, həm də sülh və sabitliyin möhkəmlənməsi baxımından mühüm mərhələdir. Gürcüstan–Ermənistan, Gürcüstan–Azərbaycan və indi Azərbaycan–Ermənistan münasibətləri Orta Dəhlizin inkişafında həlledici rol oynayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
axar.az

4Mənbələr