AZ

Ərdoğan İrana XƏBƏRDARLIQ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin təkrarlanmaması üçün İrana xəbərdarlıq edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ərdoğan regionda baş verən gərginliklərə qarşı Türkiyənin zəruri tədbirləri gördüyünü bildirib.

Prezident vurğulayıb ki, sərhədlərin və hava məkanının təhlükəsizliyi heç vaxt şansa buraxılmır. Bu səhər baş verən hadisədə olduğu kimi, NATO müttəfiqləri ilə birlikdə dərhal müdaxilə və lazım olan tədbirlər həyata keçirilir. Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlar açıq və qəti şəkildə çatdırılıb.

Ərdoğan əlavə edib ki, ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün iradə və imkanlar maksimum səviyyədədir və son 23 ildə bu qətiyyətdən geri çəkilməyiblər.

"Cebheinfo.az" 

Seçilən
13
cebheinfo.az

1Mənbələr