AZ

Ərdoğandan İrana XƏBƏRDARLIQ: “Necə millət olduğumuzu dəfələrlə göstərmişik” - VİDEO

“Bu çətin günlərdə bölgəmiz üçün sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini heç vaxt təsadüfə buraxmırıq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə olan iftar yeməyində bildirib.

“Bugünkü insidentdə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr aparırıq, bütün zəruri tədbirləri görür və tələb olunan hərəkətləri dərhal həyata keçiririk.

Eyni zamanda belə halların təkrarlanmaması üçün mümkün qədər aydın xəbərdarlıqlar veririk. Tariximizdə vətənimiz və bayrağımız təhdid altında olduqda, müstəqilliyimiz və gələcəyimiz təhlükə altında olduqda necə bir millət olduğumuzu dəfələrlə göstərmişik”, — Türkiyə prezidenti vurğulayıb.


Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr