Xalq artisti Röya Ayxan qardaşı İsmayıl Zadə ilə birlikdə "Nankor" adlı yeni duetini təqdim edib.
BAKU.WS xəbər verir ki, mahnı artıq yayımlanıb və ilk dəqiqələrdən diqqət çəkməyi bacarıb.
Bu iş sadəcə duet deyil-bu, iki fərqli enerjinin bir nöqtədə partlayışıdır.
Slow pop janrında olan "Nankor" həm sözləri, həm melodiyası ilə dinləyəni içinə çəkir. Hiss var, ağrı var, səmimiyyət var.
İsmayıl Zadənin musiqiyə yanaşması isə ayrıca diqqət çəkir. Yazır, bəstələyir, aranjeman edir-yəni mahnının ruhunu özü formalaşdırır. Bu isə işi daha da fərqli və orijinal edir. Röya Ayxan isə illərdir səhnədə zirvəni qoruyan sənətkardır.
Onun səsi, emosiyası və səhnə enerjisi bu dueti tamam başqa səviyyəyə qaldırır. "Nankor" artıq dinləyicilərlə görüşdədir.
Görünən odur ki, bu mahnı uzun müddət dillərdən düşməyəcək.