AZ

"Akasya durağı"nın aktyorları illər sonra məhkəməlik olur

"Akasya durağı" serialının aktyoru Ateş Fatih Uçan həmkarı Melek Baykal haqqında qalmaqallı iddia səsləndirib.

Axşam.az xəbər verir ki, aktyor Baykalın serialda qızını canlandıran aktrisa Zeynep Dörtkardeşlerə ssenaridən kənar sillə vurduöunu bildirib. Onun sözlərinə görə, hadisə çəkiliş zamanı baş verib və aktrisanın əsəbiləşərək vurduğu sillə hamının gözü qarşısında olub.

Baykal meneceri vasitəsilə açıqlama yayaraq səsləndirilən fikirləri təkzib edib və Uçanı məhkəməyə verəcəyini bildirib. Zeynep özü də aktrisanı dəstəkləyən paylaşım edib.

Qeyd edək ki, tərəflər arasında gərginlik Baykalın sözügedən serialı sevmədiyini deməsindən sonra başlayıb. 

Qeyd edək ki, "Akasya durağı" 2008-ci ildə yayımlanmağa başlayıb və 2012-ci ildə final edib.

Seçilən
23
hit.az

1Mənbələr