AZ

Qars bələdiyyəsinin sədri: Şəhərimizdə azərbaycanlıların çoxluğu mədəniyyət və adətlərimizə gözəl təsir edir

Qarsda azərbaycanlılar çoxluq təşkil edir və bu bizim mədəniyyət və adətlərimizə gözəl təsir edir.

Bunu Qars bələdiyyəsinin sədri Ötüken Senger "Far.Az"un Türkiyə bürosuna açıqlamasında bildirib.

Özünün də Qərbi Azərbaycan əsilli olduğunu qeyd edən bələdiyyə sədri deyib ki, Azərbaycan tərəfindən təşkil edilən iftar mərasimləri Qarsdakı soydaşlarımızın həmrəyliyini artırır, Türkiyə ilə Azərbaycan arasında mənəvi bağları gücləndirir.

Qarsla Gəncə və Mingəçevir bələdiyyələrinin qardaşlaşdığına da diqqət çəkən sədr keçən il bununla əlaqədar Azərbaycana səfər etdiyini deyib: "Hər iki qardaş bələdiyyə ilə birgə geniş fəaliyyətlərimiz, əməkdaşlığımız var".

Seçilən
12
far.az

1Mənbələr