AZ

Məşq zamanı qəfil ölümlərin ŞOK SƏBƏBİ VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İdman zallarında baş verən ani ölüm halları cəmiyyətdə ciddi narahatlıq doğurur.

Sağlam həyat tərzi məqsədilə idmana başlayan bəzi insanlar üçün bu məkan bəzən faciə ilə nəticələnir.

Məşq zamanı qəfil ölümlərin ŞOK SƏBƏBİ - VİDEO

Bir neçə gün öncə Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən Səbuhi Abbasovun vəfat etməsi bu narahatlığı yenidən gündəmə gətirib.

Müxtəlif vaxtlarda və fərqli məkanlarda qeydə alınan oxşar hadisələr sual yaradır. İdman zallarında belə halların yaşanmasına səbəb nədir?

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov Baku TV-yə deyib ki, bunun əsas səbəbləri gərgin yüklənmə, susuzluq və ürək-damar sistemi problemləridir:

"Eyni zamanda qeyd etmək lazımdır ki, idmanla məşğul olan şəxslər protein məhsulları qəbul edirlər. Lakin problem keyfiyyətsiz proteinlərdə və onların içərisindəki metal qarışıqlarında, həmçinin digər komponentlərdədir ki, bu da orqanizmə toksik təsir göstərir. Bu həm qaraciyər, həm də böyrəklər üçün zərərli olur. Eyni zamanda ürəyin funksiyasını da poza bilər. Bu zaman ürək əzələsi qalınlaşır. Oruc tutarkən bədəndə mineral itkisinin qarşısını almaq üçün gərgin yüklənmələrdən uzaq durmaq vacibdir".

Mütəxəssislər bildirirlər ki, idman sağlamlıq üçün faydalı olsa da, nəzarətsiz və tibbi yoxlanış olmadan edilən məşqlər ciddi risk yaradır. Bu gün idman zallarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, tibbi nəzarətin təmin olunması və vətəndaşların maarifləndirilməsi zərurətə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
oxu.az

1Mənbələr