Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda gərginliyin artdığı bir vaxtda ölkəsinin sərhəd və hava məkanının təhlükəsizliyinin tam nəzarətdə saxlanıldığını bildirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı Türkiyənin belə hallarda NATO üzrə müttəfiqlərlə sıx məsləhətləşmələr apardığını və bütün zəruri tədbirlərin dərhal həyata keçirildiyini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Ankara baş verən insident zamanı da müttəfiqlərlə koordinasiya edib və tələb olunan addımları operativ şəkildə yerinə yetirib.
“Regionumuz üçün bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini heç vaxt təsadüfə buraxmırıq. Bu gün baş verən insidentdə də NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşdik, bütün zəruri tədbirləri gördük və lazım olan addımları dərhal atdıq”, – deyə Türkiyə prezidenti bildirib.
O əlavə edib ki, Ankara bu cür hadisələrin təkrarlanmaması üçün qarşı tərəfə maksimum dərəcədə açıq və sərt xəbərdarlıqlar edir.
Musavat.com