AZ

Levandovski qoruyucu maskada məşqlərə başladı

style='margin-bottom:10px;'>

"Barselona"nın hücumçusu Robert Levandovski ağır zədədən sonra kataloniyalıların heyətində məşqlərə başlayıb.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, sol göz yuvasının daxili sümüyünün sınığı diaqnozu qoyulan polşalı forvard məşqlər zamanı xüsusi qoruyucu maskadan istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, təcrübəli hücumçu La Liqanın 26-cı turunda keçirilən "Vilyarreal"la matçda (4:1) zədələnib. Cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 32 oyuna çıxan Levandovski 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seçilən
50
3
teleqraf.com

6Mənbələr