AZ

Ərdoğan İrana xəbərdarlıq edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran tərəfindən baş verən hadisələrin təkrarlanmaması üçün rəsmi Tehrana xəbərdarlıq edildiyini bildirib.

Prezident deyib ki, Türkiyə sərhədlərin və hava məkanının təhlükəsizliyini qorumaq üçün lazımi müdafiə tədbirlərini həyata keçirir və müttəfiq ölkələr, o cümlədən NATO ilə əməkdaşlıq edir. O, oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün xəbərdarlıqların ən aydın və qəti şəkildə çatdırıldığını əlavə edib. 

Ərdoğan təhlükəsizlik qüvvələrinin və silahlı qüvvələrin hazır vəziyyətdə olduğunu vurğulayıb və ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün gücün yetərli səviyyədə olduğunu söyləyib. Son 23 ildə təhlükəsizlik strategiyalarından geri çəkilmədiklərini qeyd edib.

Seçilən
0
anews.az

1Mənbələr