AZ

ABŞ ın hücumları Çini neftsiz qoydu Nə baş verir?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın son hərbi addımları qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Xüsusilə Venesuela və İrana qarşı həyata keçirilən əməliyyatların Çin üçün neft tədarükünü çətinləşdirdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” portalı analitik şirkət olan “Kpler”in məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, ötən il İran neftinin demək olar ki, hamısı, Venesuela neftinin isə yarıdan çoxu Çinə ixrac olunub. Hər iki ölkə birlikdə Çinin ümumi neft idxalının təxminən 17 faizini təmin edib. Qeyd olunur ki, Çin artıq 2026-cı ildən etibarən İrandan neft idxalını azaltmağa başlayıb.

Nəşrin yazdığına əsasən, Çinin ümumi neft idxalının təxminən yarısı ticarət fasilələri ilə üzləşən ölkələrin payına düşüb. İran və Venesuela ilə yanaşı, daha beş tərəfdaş ölkənin logistika marşrutları Hörmüz boğazı ilə bağlı olub. İran isə daha əvvəl bu strateji su yolunun bağlandığını açıqlayıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra rəsmi Tehran Hörmüz boğazından gəmilərin hərəkətinə qadağa tətbiq edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə strateji su yolundan keçməyə cəhd göstərən bütün gəmilərin məhv ediləcəyini açıqlayıb.

Analitiklər hesab edirlər ki, bölgədə gərginliyin artması qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə və tədarük zəncirində yeni risklərin yaranmasına səbəb ola bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
135
globalinfo.az

1Mənbələr