AZ

Xüsusi Ferrari 5 milyon dollara hərraca çıxarılıb…

...Xüsusi 2014-cü il Ferrari LaFerrari kupesi Monakoda hərraca çıxarılacaq.

Superkar eksklüziv komplektasiyaya malikdir və təxminən 1000 at gücü istehsal edən hibrid güc aqreqatı ilə təchiz olunub.

Ferrari LaFerrari-nin təxmini qiyməti 4,7-5,5 milyon dollardır.

SİA xəbər verir ki, avtomobil RM Sotheby's saytında yer alıb.

Qeyd edilir ki, Ferrari superkarı Jamiroquai qrupunun solisti Cey Key üçün xüsusi olaraq hazırlanıb.

Eksklüziv avtomobillərin məşhur kolleksiyaçısı olan Cey Key Porsche Carrera GT, Mercedes 190 Evo, Lamborhini Miura və Diablo, Ferrari F40 və Enzo avtomobillərinə sahib olub.

Cey Key LaFerrari-nin bu modelin digər avtomobillərindən fərqlənəcəyinə qərar verib.

Onun xarici görünüşü parlaq yaşıl rəngə boyanıb, sarı əyləc kaliperləri var.

Ferrari-nin interyeri qara və yaşıl dəri ilə örtülüb.

Jamiroquai qrupunun solisti Ferrari superkarını 11.000 km-dən çox məsafə qət edərək…çox sürüb.

O, dəfələrlə onu idarə edərkən görülüb.

LaFerrari müxtəlif avtosalonlarda və rallilərdə iştirak edib və hətta qısa müddətə Ferrari Muzeyində nümayiş etdirilib. Ferrari-nin flaqman superkarı LaFerrari 499 ədəd məhdud sayda istehsal olunub.

Hibrid kupe 6,2 litrlik V12 mühərriki və elektrik mühərriki ilə təchiz olunub və ümumilikdə 963 at gücünə malikdir.

0-dan 100 km/saata (62 mil/saat) sürətlənmə 2,9 saniyə çəkir və maksimal sürət 350 km/saatdan (218 mil/saat) çoxdur.

Nazlı Almuradova

Seçilən
17
1
sia.az

2Mənbələr