AZ

Gürcüstan XİN: TRIPP-in reallaşdırılması ilə regionun əhəmiyyəti daha da artacaq

“Gürcüstan TRIPP-i çox vacib layihə hesab edir və onun reallaşdırılması ilə regionun əhəmiyyəti daha da artacaq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan tərəfini TRIPP layihəsi barədə məlumatlandırıb.

"Alternativ marşrutların yaranması daha çox yükün cəlb olunmasını və daha çox imkanların yaranmasını təmin edəcək. Bu baxımdan bölgədə sabitlik və sülh çox mühüm əhəmiyyət kəsb edir. İqtisadi layihələrdən danışarkən əlbəttə ki, bu məsələlər çox vacib siyasi addımlarla bağlıdır. Bu kontekstdə TRIPP layihəsinin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını qeyd etməyə bilmərəm", - Boçorişvili əlavə edib.

XİN başçısı həmçinin qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazı Orta Dəhliz kimi ciddi olaraq nəzərdən keçirirsə, Gürcüstan olmadan bu barədə danışmaq ağlasığmazdır.

Seçilən
15
1
apa.az

2Mənbələr