AZ

Pezeşkian: Qonşularımızın suverenliyinə hörmətlə yanaşırıq

Pezeşkian: Qonşularımızın suverenliyinə hörmətlə yanaşırıq

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərin suverenliyinə hörmət etdiyini və regional sülhün məhz bölgə ölkələri tərəfindən təmin edilməli olduğuna inandığını bəyan edib.

AFN.az xəbər verir ki, Prezident Pezeşkian sosial media hesabı vasitəsilə paylaşdığı ismarıcda dost və qonşu ölkələrin liderlərinə müraciət edərək, diplomatiya yolu ilə müharibədən qaçmağa çalışdıqlarını, lakin Amerika-İsrail hərbi hücumunun İranı özünü müdafiə etmək seçimi ilə üz-üzə qoyduğunu vurğulayıb.

O, bölgə ölkələrinin müstəqilliyini tanıdıqlarını qeyd edərək, sabitliyin kənar müdaxilə olmadan, yerli güclər tərəfindən qorunmasının vacibliyini diqqətə çatdırıb. Xatırladaq ki, İran fevralın 28-də ABŞ və İsrailin başlatdığı hücumlara cavab olaraq həm İsraildəki, həm də regiondakı ABŞ hərbi bazalarına və hədəflərinə zərbələr endirmişdi.

Seçilən
93
afn.az

1Mənbələr