Polşa baş naziri Donald Tusk ölkənin gələcəkdə nüvə imkanlarını əldə etməyi nəzərdən keçirəcəyini bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunur ki, Varşava nüvə təhlükəsizliyi məsələsinə çox ciddi yanaşır və bu istiqamətdə mümkün qədər müstəqil hərəkət etməyə hazırlaşır. Polşa bu məsələdə yavaşlamaq istəmir.
Baş nazir həmçinin nüvə enerjisi və milli təhlükəsizliklə bağlı layihələrin əhatə dairəsinin genişləndirilməsini vurğulayıb. Bundan əlavə, o, Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü təşəbbüslə bağlı Parislə danışıqların aparıldığını, nüvə silahı daşıya bilən qırıcı təyyarələrin müttəfiq ölkələrin ərazisində müvəqqəti yerləşdirilməsi ilə bağlı danışıqların aparıldığını deyib.
Tusk bildirib ki, bu məsələ ilə bağlı İsveç və Danimarka kimi Avropa ölkələri ilə də məsləhətləşmələr aparılıb. Bəzi ölkələr təşəbbüsə maraq göstəriblər. Danışıqların növbəti mərhələsi 10 martda Parisdə, Nüvə Enerjisi Sammitində keçiriləcək.
Xatırladaq ki, 2 martda Makron Fransanın artan qlobal təhlükə fonunda nüvə imkanlarını gücləndirəcəyini açıqlayıb.
Anar