AZ

Peter Siyarto Moskvada neft və qaz təchizatı məsələlərini müzakirə edib

Moskvada səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto martın 4-də ölkənin Baş nazirinin birinci müavini Denis Manturov və rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

"Report"un Avropa bürosu P.Siyartonun sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, görüşlərin məqsədi "Drujba" neft kəmərinin fəaliyyətinin təmin edilməsi və Rusiyanın əsir götürdüyü iki Macarıstan vətəndaşının qaytarılmasıdır.

Nazir qeyd edib ki, Yaxın Şərqdəki cari hadisələr neft və təbii qaz təchizatında qeyri-sabitliyə səbəb olub.

"Mən böhran zamanı Macarıstanın enerji təhlükəsizliyini təmin etmək üçün zəruri olan neft və təbii qazımızın hələ də mövcud olduğuna əmin olmaq üçün burada, Moskvadayam", - P.Siyarto sosial şəbəkələrdə yerləşdirilən videomüraciətində bildirib.

Hazırda Macarıstan və Slovakiya hələ də Rusiyadan enerji idxal edən yeganə Avropa İttifaqı ölkələridir.

Nazirin sözlərinə görə, o, dəyişmiş şəraitə və qlobal enerji böhranına baxmayaraq, neft və qaz üzrə əvvəlki qiymətlərin saxlanılmasına dair zəmanət almaq üçün Rusiyaya gəlib. "Əgər biz bu gün bu zəmanəti əldə etsək, o zaman bir vəzifə qalacaq - bu, neft və təbii qaz həcmlərinin həqiqətən Macarıstana daxil olmasını təmin etmək", - o əlavə edib.

Seçilən
120
2
far.az

3Mənbələr