AZ

Genişmiqyaslı hərbi təlim keçirməyə ehtiyac yoxdur Polkovnik

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, deputat Qüdrət Həsənquliyev təklif edib ki, Ermənistanda erməni faşistlərinin yenidən hakimiyyətə gələcəyi halda mümkün təxribatların qarşısını almaq məqsədilə Azərbaycan sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlamalıdır.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanda artıq çox məsələlər dəyişir və dəyişəcək:

"Biz ümid edirik ki, iyun ayına qədər Ermənistan cəmiyyəti doğru-düzgün seçim edəcək. Hər halda biz öz işlərimizi davam etdiririk və Ermənistan dünən də havadarları vasitəsilə təxribat edib, bu gün də, sabah da edəcək. Biz sərhəd bölgəsində bütün növ qoşunların iştirakı ilə genişmiqyaslı hərbi təlimləri onsuz da keçiririk. Yenə birləşmə şəklində təlimlər keçiririk. Bəzən olur ki, daha böyük miqyasda hərbi təlimlər keçiririk. Bu gün biz kiməsə baxıb təlim keçmirik. Biz təlimləri ordumuzun döyüş qabiliyyətini yüksəltmək, onların döyüş imkanlarını genişləndirmək üçün keçiririk. Yeni silahlar alınır, imkanlar yaranır, ona görə də həmin reallıqlara uyğun olaraq Azərbaycan da – bütün sahələrdə, o cümlədən hərbi sahədə öz işini qurur. Çünki son vaxtlar bölgədə və dünyada baş verən bəzi məsələlər bizi bu işləri görməyə məcbur edir və bu elə də olmalıdır. Mən şəxsən bunu alqışlayıram və buna çox müsbət yanaşıram. Təxribatların qarşısını almaq üçün həm Müdafiə Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti üzərinə düşən öhtəlikləri yerinə yetirirlər".

Polkovnik vurğuladı ki, ayrıca bunun üçün genişmiqyaslı hərbi təlim keçirməyə ehtiyac yoxdur:

"Vəziyyət nəzarət altındadır, vəziyyət izlənilir. Lazım gəlsə, əlbəttə ki, hərbi təlimlər də keçiriləcək. Biz bu təlimləri daha böyük miqyasda keçiririk: qardaş Türkiyə ilə, Türkiyə-Azərbaycan-Gürcüstan, qardaş Türkiyə-Qazaxıstan, qardaş Türkiyə-Özbəkistan və sair. Yəni miqyas artıq böyüyür. Hesab edirəm ki, Ermənistana hansısa revanşistlər, faşist düşüncəsində olan şəxslər gəlsələr də, onlar nəyəsə nail ola bilməyəcəklər. Artıq Qarabağ məsələsi həllini tapıb, artıq Ermənistan sülh sazişini imzalamağa köklənib və bu sənəd imzalanmalıdır. Yəqin ki, 2026-cı ildə əgər hansısa fors-major hadisə baş verməsə, o sənəd də nəhayət imzalanacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
redaktor.az

3Mənbələr