AZ

İrandan Azərbaycan sərhədi ilə indiyədək 1249 nəfər təxliyə edilib - Foto

Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1249 nəfər təxliyə edilib...

Poliqon xəbər verir ki, təxliyə olunanların 256-sı Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 400 Çin, 249 Rusiya, 105 Tacikistan, 80 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Fransa, 2 Nepal, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

Poliqon.info

Seçilən
27
23
poliqon.info

10Mənbələr