AZ

Yaxın Şərq gərginliyi Asiya bazarlarında milyardlıq itkilərə səbəb olur

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Yaxın Şərq regionunda eskalasiyanın güclənməsi və neft qiymətlərinin artması fonunda qlobal investisiya fondları kapitallarını Asiya bazarlarından geri çəkməyə başlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, ötən həftə ərzində xarici investorlar Cənubi Koreya bazarında 3,1 milyard dollar, Tayvan birjasında isə 3,6 milyard dollar dəyərində səhm satışı həyata keçiriblər. Bu kütləvi satış dalğası əsasən yarımkeçirici istehsalçılarına mənfi təsir göstərib.

Belə ki, "Samsung Electronics" və "SK Hynix" şirkətlərinin səhmləri təxminən 20 faiz, "Taiwan Semiconductor Manufacturing Company"nin (TSMC) səhmləri isə 7 faiz dəyər itirib.

ABŞ və İsrail tərəfindən İrana endirilən zərbələrdən sonra Tehran rəsmiləri Hörmüz boğazında ticarət əməliyyatlarının dayandırıldığını bəyan ediblər. Medianın yaydığı məlumatlara görə, bu hadisələr fonunda "qara qızıl"ın qiyməti 100 dollar həddini aşa bilər. Hazırda isə neftin qiyməti 80 dollar civarında qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
oxu.az

1Mənbələr