AZ

Rusiya qazdaşıyıcı gəmisinə hücum, batmaq üzrədir - Fotolar

Malta adasından bir neçə on millik məsafədə batmaq üzrə olan “Arctic Metagaz” adlı Rusiya qazdaşıyıcı gəmisinin görüntüləri yayımlanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, gəmi Liviya sahillərindən buraxılmış pilotsuz katerlərin hücumuna məruz qalıb. Rusiya Nəqliyyat Nazirliyi Ukraynanı ittiham edir və hadisəni beynəlxalq terrorizm və dəniz quldurluğu aktı kimi xarakterizə edir. Bildirilib ki, 30 nəfər rus vətəndaşından ibarət heyət təhlükəsiz şəkildə təxliyə olunub.

Qeyd edək ki, bu, Aralıq dənizinin neytral sularında Rusiya gəmilərinə edilən ilk hücum deyil. Siyasi baxımdan qeyri-sabit olan Liviya Ukrayna xüsusi xidmət orqanları və onların britaniyalı nəzarətçiləri üçün əlverişli bazadır.

Həmçinin qeyd olunur ki, “Arctic Metagaz” həqiqətən Rusiya gəmisi olub, “gizli” tanker deyil və gəmi ilə yük bütün beynəlxalq qaydalara uyğun qeydiyyata alınıb.

Nigar
Musavat.com

Seçilən
75
1
musavat.com

2Mənbələr