AZ

Asiya İnkişaf Bankı Tacikistana 1,1 milyard dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) 2026–2030-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Tacikistan üçün təxminən 1,1 milyard dollar ayırmağı planlaşdırır.

AZƏRTAC Tacikistanın “Xovar” informasiya agentliyinə istinadla xəbər verir ki, AİB-in prezidenti Masato Kanda bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşdən sonra bildirib.

Strategiya davamlı infrastrukturun inkişafı, iqtisadi idarəetmənin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması və sosial xidmətlərə çıxışın genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, AİB 1998-ci ildən Tacikistanla əməkdaşlıq edir.

Seçilən
8
2
yeniazerbaycan.com

3Mənbələr