Vaşinqton, 4 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İsrail kəşfiyyatının və döyüş gücünün birləşməsi İranı idarə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müdafiə katibi Pit Heqset keçirdiyi mətbuat konfransında deyib.
“Biz tezliklə onu idarə edəcəyik. Əlbəttə ki, İran hələ də bizə raketlər və ə mülki hədəflərə birtərəfli hücum dronları ata biləcək. Onların proksi təşkilatları səfirliyimizin bazalarına yumşaq hədəflərdə hücum etməyə çalışacaqlar”,- deyə Heqset əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton